1/05/2016

"TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ" MÜSABİQƏSİ


1. İddiaçı müsabiqədə iştirak etməsi üçün www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməlidir.
2. İşlərin müsabiqəyə təqdim edilməsi www.musabiqe.edu.az səhifəsində elektron ərizə formasının (1 saylı Əlavə) doldurulması ilə həyata keçirilir.
3. Ərizədə müəllif və təmsil etdiyi müəssisə haqqında məlumatlar, layihənin adı, işi təqdim etdiyi nominasiya və işin qısa təsviri öz əksini tapmalıdır.
4. Müsabiqəyə hər bir iştirakçı tərəfindən yalnız bir resurs təqdim oluna bilər. Müsabiqəyə təqdim olunan resurslara giriş üçün əlavə qeydiyyat tələb olunmamalıdır.
5. Müsabiqəyə aparılan təcrübənin video çəkilişi və təcrübənin izahatını verən “MS Word” proqramında sənəd şəklində laboratoriya hesabatı təqdim edilməlidir. Təqdim olunan video ən az 7 dəqiqə olmalıdır. Burada təcrübə ilkin mərhələdən son nəticəyə qədər aydın və izahlı şəkildə təqdim olunmalıdır. Təcrübəni həyata keçirən şəxs ilk saniyələrdə özünü təqdim etməli və çəkiliş zamanı təcrübənin izahatı onun tərəfindən verilməlidir. Təcrübəni təsvir edən “MS Word” sənəd formatında olan laboratoriya hesabatı təqdim edilən video ilə uzlaşmalı və aparılan təcrübənin məqsədi və nəticələri aydın şəkildə təsvir edilməlidir (А4 səhifə, “Times New Roman” şrifti, 12 ölçüdə, sətirlər arası 1,5). Təsvirdə qrafik əlavələr, təcrübə zamanı çəkilmiş şəkillər də əlavə oluna bilər. İşin tövsiyə edilən həcmi 15 səhifədən çox olmamalıdır. Əsasən materiallar işin daha geniş izahatına və ya onun tədris prosesində tətbiqinə aid olmalıdır. Bütün materiallar (video və laboratoriya hesabatı) arxiv şəklində (zip və ya rar formatda) 15 MB həcmindən çox olmamaqla təqdim edilir. Əgər təqdim edilən işin həcmi 15 MB həcmindən çox olarsa, “bulud” texnologiyalarından (wetransfer.com, dropbox.com və s.) istifadə etməklə işi yerləşdirib linki təqdim etmək lazımdır. Materialların siyahısı isə ərizənin müvafiq hissəsində qeyd olunmalıdır.
6. Müsabiqəyə qrup halında hazırlanmış işlər də buraxılır. Qrupun tərkibi bir müəllim və 3 şagird olmaqla 4 nəfərdən çox olmamalıdır. Qrup rəhbəri kimi müəllimin adı ərizə formasında göstərilməli, digər üzvləri barədə məlumat isə layihənin qısa təsviri olan hissədə qeyd edilməlidir.
7. Müsabiqəyə təqdim edilən işlərin üzərində müsabiqənin yekunları elan edildiyi günədək heç bir əlavə və dəyişiklik aparılmamalıdır. Belə hallar aşkar edildikdə iş müsabiqədən kənarlaşdırılacaqdır.
8. Müsabiqədə qalib gəlmiş iştirakçı və onun hazırladığı resurs, həmçinin bu resursdan istifadə edilməklə hazırlanan hər hansı bir yeni və ya oxşar resurs növbəti 2 il ərzində müsabiqəyə təqdim oluna bilməz.

3/02/2015

LabDisk PHYSIO sensorları və komplekt dəsti ( şəxsi tərcümə )


Image result for globisens-30 dən -   +30 V              Gərginlik Sensoru
 -1 dən    + 1 A                    Cərəyan  Şiddəti Sensoru
  0 -  55 000 luks               İşıq Sensoru
 0  - 5 V                                səs dalğalı  Mikrofon Sensoru
-25 ° C -    110 ° C              ümumi təyinatlı paslanmaz Xarici Temperatur Sensoru
 -10° C   -    50 ° C               Ətraf Mühit Temperaturu Sensoru
Image result for globisens- 8*g  -   8*g                         Təcil Sensoru
0.2 m  - 10 m                       Məsafə Sensoru
0  -  300 kPa                        Hava  Təzyiqi  Sensoru
 ± 10 N  -   ± 50                    Dinamometr qüvvə sensoru
0 - 5 V                                  Universal Giriş portu

24,000 / s tezlikli                 maksimum seçmə imkanı

"LabDisk Fizika" komplektinə nələr  daxildir:

 LabDisk Fizika qurğusu
Cərəyan adaptoru
USB-kabel
Image result for globisensQısa təlimat vərəqi
Zəmanət
Qaz təzyiq sensor borusu
Xarici temperatur ölçmə qoşqu sensoru
Gərginlik  və cərəyan naqilli -banan tipli 2 ədəd                                
Universal adapter 
Ştativə bərkitmək üçün plastik qısqac  və vint
Metodik - sorğu kitabçası

 LabDisk Fizika və  GlobiLab proqrmı əsasən orta məktəb müəllimləri üçün nəzərdə tutulmuşdur.

2/20/2015

NİYƏ MƏHZ LABDİSK ?

2009-ci ilin   aprelində  qurulan Globisens şirkəti  2011-ci ilin oktyabrında  Labdisci istehsal etdi və dünyada bu gün 100.000-dən çox təhsilalan  bu cihazın faydaları  üçün  minnətdarlığının bildirir.


                                                    Изучение звуковых колебаний                   
Image result for globisensLabdisk 12 ənənəvi laboratoriya cihaz və alətləri əvəz edərək fizika, biologiya, təbii tarixi, kimya, coğrafiya və ekologiya  dərslərində istifadə olunur. Qurğu 14 sensorlar ibarətdir və quraşdırma yalnız 2 dəqiqə çəkir. Labdisk ilə GPS-koordinatları  xəritə Google Xəritə yolu  ilə tədqiq  edilə bilər. Batareyanın enerji saxlama  müddəti150 saatdır . bu isə   ekskursiyalar və gəzintilər üçün çox faydalı olacaq.
Kompüter, netbuklar, interaktiv lövhələr və tablet Labdiskə qoşulaya tam uyğundur. Bunun üçün, siz sadəcə OS Android GlobiLab və ya Windows mühitində  işləmək  proqram   yükləyəcəksiniz. Qoşulma isə USB və ya Bluetooth vasitəsilə həyata keçirilir.
Image result for globisensDaha  nələr  mümkündür ? Sürətlə baş  verən proseslərin qeydiyyatı və təhlili - saniyədə 24 min ölçmələr qədər aparma imkanının olması . Avtomatik təcrübə işləri və sensorların kalibrlənməsi də reallıqdır. Məlumatların əyani olraq qrafik və cədvəlli təqdimatı  isə işin  elmi  tərəfinin ,əsas mahiyyətinin  təhsilalanlara izah etməyi  daha  da asanlaşdırır. Daha nələr-  nələr.
 LabDisk xüsusilə ibtidai və orta məktəblərdə təbiət elmləri öyrənilməsi üçün nəzərdə tutulmuşdur.